VAKANSİYA

09 Mart

İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi üzrə VAKANSİYA

''Xalq'' Bank informasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi üzrə vakansiya elan edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə 

Namizədə dair tələblər: 

  • Müvafiq sahədə Ali təhsilin olması;
  • UNIX/Linux əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə;
  • Windows əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə;
  • Virtuallaşma və konteyner sahəsində təcrübəsi (VMware, Docker və s.);
  • Şəbəkə bilikləri (OSI, TCP/IP, SDN və s.);
  • Veb texnologiyaları sahəsində iş təcrübə (veb həllər, veb xidmətlər və s. );
  • Skript bacarıqları (bash shell, Python və s.);
  • Antivirus, EDR, XDR sahəsində iş təcrübəsi;
  • WAF və digər təhlükəsizlik divarı həlləri ilə iş təcrübəsi;
  • Kiber təhlükəsizlik sistemlərinin qurulması sahəsində təcrübə;
  • Autentifikasiya sistemləri, logların idarə edilməsi, məzmunun filtrasiyası sahəsində iş təcrübəsi;
  • Verilənlər bazası və əməliyyat sistemlərinin təhlükəsizliyi haqqında ətraflı texniki biliklər;
  • Ən son təhlükəsizlik prinsiplərini, texnikalarını və protokollarını hərtərəfli başa düşmək;
  • Problem həll etmə və təzyiq altında işləmək bacarığı.

İşin təsviri:

  • Kompüter sistemlərinin, şəbəkələrin və məlumatlarının mühafizəsi üçün təhlükəsizlik tədbirlərinin hazərlanması, həyata keçirilməsi və izlənməsi;
  • Sistemlər üzrə təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi;
  • Kompüter təhlükəsizlik arxitekturası və ətraflı kibertəhlükəsizlik dizaynlarının hazırlanması;
  • Standart əməliyyat prosedurlarının və protokollarının hazırlanması və sənədləşdirilməsi;
  • Təhlükəsizlik zəifliklərini azaltmağa və təkrarlanan tapşırıqları avtomatlaşdırmağa kömək etmək üçün texniki həllər və yeni təhlükəsizlik alətlərinin hazırlanması;
  • Təhlükəsizliyin inkişafı və təkmilləşdirilməsi üçün araşdırmalara əsaslanan və özündə əldə edilmiş məlumatları, nəticələri və təklifləri ehtiva edən hesabatların hazırlanması.

Əlaqə vasitələri: 

E - mail: [email protected] 

Telefon:  (012) 404 43 39

Faks:  (012) 404 43 34