DÜNYA

25 Aprel

ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı azaldı

ABŞ-ın Əmək Departamentinin hesabatına əsasən ölkədə aprelin 20-də bitən həftədə İlk dəfə İşsizlik Müavinəti üçün üraciət Edənlərin Sayı əvvəlki həftəyə nisbətən 5 min nəfər azalaraq 207 min nəfər təşkil edib.

Fins.az xəbər verir ki, analitiklər, əksinə, göstəricinin ötən həftəki 212 min səviyyəsindən 214 minə qədər yüksələcəyini proqnozlaşdırıblar.

Son dörd həftə ərzində ilkin müraciətlərin orta sayı əvvəlki həftə ilə müqayisədə 1.25 min azalaraq 213 250 müraciət olub.

ABŞ-da aprelin 13-də bitən həftədə işsizlik müavinəti alanların ümumi sayı keçən həftənin yenidən işlənmiş rəqəmindən 15 min nəfər azalaraq 1.781 milyon nəfər olub.