TURİZM

25 Aprel

THY-dən uçuş ləğvi xəbərdarlığı

Türk Hava Yolları (THY) bəzi uçuşları ləğv edib.

Fins.az xəbər verir ki, Türk Hava Yolları (THY) sabah Fransanın Lion, Marsel, Nitsa və Paris şəhərlərinə həyata keçirməyi planlaşdırdığı uçuşların bir qismini qarşılıqlı olaraq ləğv edib.

Qeyd edək ki, uçuşlar Fransada yerüstü xidmət və təhlükəsizlik işçilərinin tətili səbəbindən ləğv edilib.

THY rəsmiləri vətəndaşlara THY-nin internet saytından uçuşların cari vəziyyətini yoxlamaq barədə xəbərdarlıq edib.

Günel Məlikzadə
Fins.az