MARKETİNQ

26 Aprel

Microsoft-un xalis mənfəəti 20% artıb

Maliyyə təqvimində yanvar-mart dövrünü 3-cü rüb olaraq qəbul edən Microsoft, balans hesabatını açıqlayıb.

Fins.az xəbər verir ki, şirkətin gəlirləri yanvar-mart dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 17% artaraq 61,9 milyard dollara çatıb. Microsoft 2023-cü ilin yanvar-mart dövründə 52,9 milyard dollar gəlir əldə edib.

Şirkətin xalis mənfəəti eyni dövrdə 20% artaraq 21,9 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 18,3 milyard dollar olub.

Microsoft-un səhm üzrə qazancı da bu müddət ərzində 2,45 dollardan 2,94 dollara yüksəlib

Günel Məlikzadə
Fins.az