DÜNYA

06 May

Apreldə dünyada neft və qaz qazma qurğularının sayı 3.7% azalıb

Amerikanın “Baker Hughes” neft və qaz xidməti şirkətinin məlumatına əsasən, aprel ayında dünya üzrə neft və qaz hasilatı üçün işləyən qazma qurğularının sayı mart ayı ilə müqayisədə 67 ədəd və ya 3.7% azalaraq 1726 ədəd olub.

Fins.az xəbər verir ki, il ərzində fəaliyyət göstərən qazma qurğularının sayı 82 ədəd və ya 4.5% azalıb.

Şirkətin məlumatına görə, ABŞ-da göstərici bir ay ərzində 617 ədədə qədər azalıb, Kanadada qazma qurğularının sayı isə 66 ədəd azalaraq 131 ədəd təşkil edib.

Avropada qazma qurğularının sayı 120-yə çatıb. Yaxın Şərqdə isə 343 təşkil edib. Asiya-Sakit Okean regionunda qurğuların sayı 8 ədəd artaraq 237-yə, Afrikada isə 3 ədəd azalaraq 112-yə çatıb. Latın Amerikasında qurğuların sayı 166 ədəd olub.

Qeyd etmək lazımdır ki “Baker Hughes” 1944-cü ildən bugünə ABŞ və Kanadada qazma qurğularının sayına dair həftəlik məlumat verir. 1975-ci ildən şirkəti hər ay bütün dünya üzrə qazma qurğularının sayını dərc edir.