AVTO

26 Aprel

Huawei-dən elektrikli avtomobil - "Stelato"

Çinlilər tərəfindən böyük sürətlə inkişaf etdirilən elektrik avtomobil dünyasında bu gün keçirilən Pekin avtosalonunda yeni bir marka ortaya çıxdı. Pekin Avtomobil Qrupunun elektrikli avtomobil (EV) tərəfində Huawei və BAIC BluePark ilə əməkdaşlıqda yaradılan Stelato, ilk avtomobili ilə diqqət çəkməyi bacardı. 

Fins.az xəbər verir ki, ilk dəfə Pekin avtosalonunda yeni marka olaraq təqdim edilən Stelato, Huawei-nin dəstəyi ilə bazara yaxşı bir giriş əldə etmiş kimi görünür. Stelatonun S9 adlanan ilk modeli premium xüsusiyyətlərə və dizayna malikdir. İddiaya görə, Mercedes S-Class, BMW 7 seriyası, Audi A8L kimi modellərə rəqib olaraq təqdim edilən Stelato S9, elektrik mühərriki ilə də yüksək performans təmin edə bilir.

Uzunluğu 5 metr 16 santimetr, eni təqribən 2 metr, hündürlüyü 1 metr 48 santimetr, təkər bazası 3 metr olan yeni elektrik avtomobili valehedici duruşu və innovativ dizaynı ilə diqqət çəkir.

İki versiyada təklif edilən Stelato S9 yalnız arxa ötürücülü versiyada 227 kVt / 304 at gücünə malikdir, iki motorlu modeldə, arxa və öndə, ön mühərrik 158 kVt / 211 at gücünə çata bilər.

Huawei dəstəyi ilə istehsal edilən Stelato S9 elektrik avtomobilinin Li-Ion batareyadan istifadə edəcəyi açıqlansa da, təəssüf ki, batareya tutumu paylaşılmadı. Qiymət siyahısı hələ açıqlanmasa da, iyul və ya avqust aylarında satışa çıxması gözlənilən S9-un 38 min 200 avro ilə 64 min 300 avro qiymət aralığında olacağı gözlənilir.

Günel Məlikzadə
Fins.az