MARKETİNQ

25 Aprel

IBM birinci rübdə gəlirlərini artırıb

ABŞ-ın texnologiya şirkəti IBM yanvar-mart dövrü üçün balans hesabatını açıqlayıb.

Müvafiq olaraq, şirkətin bu ilin ilk rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 14,5 milyard dollara çatıb. IBM 2023-cü ilin birinci rübündə 14,3 milyard dollar gəlir əldə edib.

Şirkətin xalis mənfəəti ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 73 faiz artaraq 1,6 milyard dollara çatıb. IBM-in xalis mənfəəti ötən ilin birinci rübündə 927 milyon dollar olaraq hesablanıb.

Şirkətin ötən ilin birinci rübündə 1,02 dollar olan səhm üzrə mənfəəti bu ilin birinci rübündə 1,75 dollar olaraq qeydə alınıb.

Günel Məlikzadə
Fins.az