VAKANSİYA

09 Mart

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank məhsul riskləri üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

İşiniz nədən ibarətdir?

  • Bankın potensial itkilərinin minimallaşdırılması məqsədilə məhsul və proseslərin, həmçinin məhsul portfeli üzrə nəticələrin avtomatlaşdırılması;
  • Məhsul portfelinin əsas parametrlər üzrə dinamikasının izlənilməsi və trend, davranış üzrə təhlillərinin aparılması;
  • Modelin idarəedilməsi standartlarının vaxtında və effektiv tətbiq edilməsi;
  • Müvafiq tələblərə uyğun gəlməsinə əmin olmaq üçün bankın model risklərinin idarəedilməsi qaydalarına uyğun olaraq model performansının izlənilməsi;
  • Modelin qeyri-effektivliyi səbəbindən yarana biləcək itkilərin qarşısının alınması;
  • Modelin performansının təhlil edilməsi və proses ilə bağlı müvafiq anlayışların hazırlanması;
  • Qeyri-işlək kreditlərin izlənilməsi və təhlili, inkişaf etdirilməli məqamların müəyyən edilməsi;
  • Portfelin nəticələri və portfelin müxtəlif istiqamətlərdə (müştəri seqmenti, sənaye növü, tələb və təklif) əsas göstəricilərinin təhlili;
  • Məhsul ilə bağlı risklərin idarəedilməsi üzrə ümumi proseslərin tətbiqi;
  • Prosesin təkmilləşdirilməsi, yəni tələb edilən sənəd və məlumatların mümkün qədər ixtisar edilməsi və sadələşdirilməsi;
  • Proseslərin vaxta qənaət cəhətdən qurulması və proseslərdə əməliyyat itkilərinin aradan qaldırılması;
  • Əməliyyatların standartlaşdırılması və avtomatlaşdırma üzrə təkliflərin verilməsi;
  • Modelin ƏFG-nin izlənilməsi və yenilənmə/kalibrasiya üzrə dəstək;
  • Modelin strukturu və idarəedilməsinin effektiv tətbiq olunmasına dəstək;
  • Təkmilləşdirilmiş ideyaların praktiki tədbirlərə transformasıyasının həyata keçirilməsi;
  • Məhsul üzrə dəyişikliklərin (müddət, faiz) müəyyən edilməsi;
  • İdarə edilə bilən risklər əsasında biznes davamlılığı üzrə planların hazırlanmasında iştirak;
  • Sifarişlərin işlənməsi ilə bağlı anderrayterlərə dəstək, həmçinin biznes sahibi və risk eksperti model keyfiyyətinin artırılması ilə bağlı bütün əməliyyat və göstərişlərə dəstək;
  • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara, IFRS və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, Bank işi, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə təcrübə üstünlükdür.
  • Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə sertifikatlar üstünlükdür.
  • Xarici dil: İngilis dili (səlis), Rus dili (orta)
  • Kompüter bilikləri: Microsoft Office
  • Bazar bilikləri: Azərbaycan iqtisadiyyatı və bizneslərin dinamikası haqqında məlumat və biliklər
  • Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, maliyyə təhlili, bankçılıq və mühasibatlıq haqqında nəzəri biliklərin olması üstünlükdür.