TENDER

19 Fevral

Media monitorinq xidmətlərinin satın alınması - TENDER

“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsi media monitorinq xidmətlərinin satın alınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 23.93 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 1702986621
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı küçəsi 609, Globus Business Center, 14-cü mərtəbə, Qarabağ Dirçəliş Fondu ofisi.

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az