BİZNES

07 May

Vladanka Andreyeva: “Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində səylərimizi sürətləndirə bilərik”

“Azərbaycan qlobal səviyyədə özünün 4-cü Könüllü Milli Hesabatını təqdim edəcək azsaylı ölkələr sırasındadır”.

Fins.az xəbər verir ki, bunu “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən konfransda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.

Onun sözlərinə görə, bu, bir daha onu göstərir ki, Azərbaycan hökuməti bu işə sadiqdir və Dayanıqlı İnkişaf Məqsədlərinin gündəliyi milli, sosial- iqtisadi inkişaf proqramlarında öz əksini tapıb.

"Könüllü milli hesabatlar inkişafın oldugunu gösrərmək üçün nəinki yaxşı fürsətdir, eyni zamanda, çağırışlar, boşluqları müzakirə etmək üçün yaxşı bir imkandır. Beləliklə, biz Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində səylərimizi sürətləndirə bilərik. Ona görə bu gün Dayanıqlı İnkişaf Məqsədləri üzrə Dialoq, həmin Könüllü Milli Hesabatın yekunlaşdırılması üçün çox yaxşı bir üsuldur. Biz bilirik ki, ölkə iyunun 14-də həmin hesabatını təqdim etməyi planlaşdırır",- deyə V.Andreyeva əlavə edib.