BAZAR

07 May

Azərbaycanda 100 və daha çox yaşı olan pensiyaçıların sayı 280 nəfərdir

2024-cü ilin may ayında yaşı 100 və 100-dən daha çox olan pensiyaçıların sayı 280 nəfər təşkil edib.

Bu barədə Fins.az-a  Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, onların 36 nəfəri kişi, 244 nəfəri isə qadındır.

Xatırladaq ki, pensiya artımı istiqamətində növbəti addım kimi, 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Fuad Mədətov
Fins.az