BAZAR

07 May

Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı AÇIQLANIB

2024-cü ilin aprel ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 141 047 nəfər olub.

Bu barədə Fins.az-a Dövlət Sosial Fondundan məlumat verilib.

Qeyd edilib ki, onların 108 259 nəfəri yaşa, 14 639 nəfəri əlilliyə, 18 149 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.

Fuad Mədətov
Fins.az