SOSİUM

25 May

İctimai nəqliyyat, o cümlədən metro həftəsonları işləməyəcək - RƏSMİ

Mayın 31-dən fəaliyyəti bərpa olunacaq Bakı Metropoliteninin şənbə və bazar günləri işləyib-işləməyəcəyinə aydınlıq gətirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov  açıqlamasında bildirib ki, şənbə və bazar günləri ictimai nəqliyyat, o cümlədən metro da işləməyəcək.