SOSİUM

25 Yanvar

Milli Məclisdə gənc ailələrin sosial vəziyyəti müzakirə ediləcək

Milli Məclisdə “Gənc  ailələrin  sosial  vəziyyəti” mövzusunda geniş videokonfrans formatlı dinləmə keçiriləcək.

Milli Məclisin Mətbuat  və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, bu məsələ parlamentin Ailə, qadın və  uşaq  məsələləri komitəsinin 2021-ci il yaz sessiyası üçün iş planına daxil edilib.

Məlumatda qeyd olunub ki, 2 fevral – Gənclər  günü ərəfəsində  “Gənc  ailələrin  sosial  vəziyyəti” mövzusunda  geniş videokonfransın keçirilməsinin nəzərdə  tutulub.