SOSİUM

25 Yanvar

Azərbaycanda elektron qolbaq tətbiq edilən məhkumların sayı açıqlanıb

“Ötən il Ədliyyə Nazirliyinin Probasiya xidmətində 9 576 məhkum qeydə alınıb, 10 443 məhkum qeydiyyatdan çıxarılıb”.

Bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.

Onun sözlərinə görə, il ərzində 1,3 milyon manat cərimənin büdcəyə köçürülməsi təmin edilib”.

“Həmçinin il ərzində 2603 məhkima elektron qolbaq tətbiq edilib, cəzadan boyun qaçıran 2500 məhkum tutularaq tədbir görülüb, onların 1023 nəfərinin cəzasının daha ağır cəza ilə əvəz edilməsi barədə məhkəməyə müraciət edilib”.