"Hazırda 11 şəhər və rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmərtəbəli binaların tikintisi davam etdirilir".
Fins.az-ın xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.
Onun sözlərinə görə, ölkə başçısının tapşırığına uyğun olaraq həmin binaların tikintisi vaxtında başa çatdırılacaq:
"Hazırda bu istiqamətdə işlər davam etdirilir".