SƏNAYE

25 Mart

Çinin xam neft idxalı sürətlə artıb

Çinin xam neft hasilatı bu ilin ilk iki ayında sabit artım nümayiş etdirib.

Fins.az xəbər verir ki,  bu barədə "Sinxua" agentliyi xəbər verib.

Qeyd olunub ki, Çinin Milli Statistika Bürosunun məlumatına görə, yanvar-fevral aylarında hasilat illik müqayisədə 2,9 faiz artaraq, 35,11 milyon ton təşkil edib

Bu dövrdə Çinin xam neft idxalı da sürətlə artıb. Belə ki, iki ayda illik 5,1 faiz artımla, 88,31 milyon ton xam neft idxal edilib.