SƏNAYE

19 Mart

Bərpa olunan mənbələr hesabına 370,2 milyon kVt·st enerji istehsal olunub

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 4 686,4 milyon kVt·st təşkil edib. İxrac 221,6 milyon kVt·st, idxal isə 32,5 milyon kVt·st olub.

Bunu energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında yazıb.

“İstilik Enerji Stansiyaları üzrə 4 316,2 milyon kVt·st, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 192,1 milyon kVt·st artımla 370,2 milyon kVt·st elektrik enerjisi istehsal edilib”, – nazir qeyd edib.

Elektrik enerjisi istehsalı üzrə göstəricilər:

- Ümumi istehsal – 4 686,4 milyon kVt·st, o cümlədən:

- İstilik Enerji Stansiyaları – 4 316,2 milyon kVt·st

- Su Elektrik Stansiyaları – 268,3 milyon kVt·st

- Külək Elektrik Stansiyaları – 9,5 milyon kVt·st

- Günəş Elektrik Stansiyaları – 50,7 milyon kVt·st

- Bərk məişət tullantılarının yandırılması zavodu – 41,7 milyon kVt·st.