SƏNAYE

03 İyun

STAR Rafineri ISO 50001 Enerji İdarəetmə Sistemi Sertifikatını alıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu enerji idarəetməsi üzrə ISO 50001 sertifikatı alıb.

Fins.az xəbər verir ki,bu barədə "SOCAR Türkiyə"ə məlumat yayımlayıb.

Eyni zamanda, "Petkim" neft-kimya kompleksinin mövcud ISO 50001 sertifikatı yenilənib:

"STAR NEZ ISO 50001 sertifikatı almaqla öz texniki və əməliyyat keyfiyyətini nümayiş etdirib. 2020-ci il dekabrın 21-dən 25-dək "Bureau Veritas" beynəlxalq sertifikat təşkilatı tərəfindən keçirilmiş audit nəticəsində STAR NEZ ilk dəfə enerji idarəetməsi üzrə ISO 50001 sertifikatı alıb"

Qeyd edək ki, ISO 50001 sertifikatı qlobal miqyasda enerji qanunvericiliyinə əməl olunmasının sistemləşdirilməsi və enerji səmərəliliyinin yüksəldilməsi məqsədi ilə beynəlxalıq standartlaşdırmanı nəzərdə tutur.