SƏNAYE

03 İyun

\"Azərişiq\" sayğaclarını \"optik göz\"lə oxuyacaq

"Azərişiq" ASC sayğaclarının "optik göz"lə oxunub, verilənlər bazasına inteqrasiyası üçün proqram təminatının alınmasına dair elan etdiyi açıq tenderi yekunlaşdırıb.

Fins.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Smart-Elektroniks” MMC-dir.

"Azərişiq" qalib şirkət ilə məbləği 233,6 min manat olan müqavilə imzalayıb.