SƏNAYE

02 İyun

SOCAR Azərbaycanda benzinin bahalaşmasına münasibət bildirdi

Premium və super markalı benzin Azərbaycana idxal olunur və bu səbəbdən də qiymətləri beynəlxalq qiymətdən asılıdır.

Bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov Azərbaycanda AI-95 markalı benzin markalarının bahalaşmasına münasibət bildirərkən deyib.

İ.Əhmədov bildirib: "Dizel və AI-92 benzinindən fərqli olaraq premium və super markalı benzinlər Azərbaycana idxal olunur. AI-92 və dizel yerli istehsal olduğundan, qiymətləri dövlət tərəfindən təyin olunur, AI-95 və AI-98, yəni premium və super markalı benzinlər isə xaricdən gətirilir, buna görə qiymətləri istehsalçı ölkədən, istehsalçı zavoddan, onun satdığı qiymətdən asılıdr və bu qiymətlər dünya bazarlarındakı neft və neft məhsullarının qiymətinə uyğun olaraq dəyişir".

Qeyd edək ki, bu gündən Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiyməti 1.40 AZN olub. Qiymət artımına qədər “Aİ-95” 1.25 AZN idi.

(c)Trend