SƏNAYE

01 İyun

SOCAR istehsalat tullantılarının özgəninkiləşdirilməsi  üçün açıq hərrac elan edib

SOCAR-ın Ekologiya İdarəsi təkrar istifadəyə yararlı istehsalat tullantılarının idarə olunması və özgəninkiləşdirilməsi məqsədi ilə açıq hərrac elan edib.

Fins.az xəbər verir ki, hərracda tullantıların idarə edilməsi sahəsində praktik təcrübəyə, müvafiq texnologiya və resurslara malik olan ixtisaslaşmış şirkətlər iştirak edə bilər.

Məlumata görə tədbirin əsas hədəfləri təsərrüfat fəaliyyətində formalaşan tullantıların yaratdığı neqativ təsirlərin azaldılması, təkrar istifadə oluna bilən, təkrar xammal xarakteri daşıyan tullantıların dövriyyəyə qaytarılmasıdır. 

Müəllif:Aynur Qəniyeva

Bildilir ki, təkrar istifadəsi nəzərdə tutulan tullantıların hərracı prosesində qalibin müəyyən olunması üçün iştirakçıların texniki və ya texnoloji imkanları, təklif edilən ekoloji dayanıqlı həllər və iqtisadi səmərəlilik mühüm şərt kimi nəzərə alınacaqdır. Hərrac 16 iyun 2021-ci il tarixdə saat 10:00-da COVİD-19 karantin rejiminin tələbləri nəzərə alınmaqla telekonfrans formasında keçiriləcək. Tullantılar Qaradağ rayonunun Sahil qəsəbəsi, Puta-Korgöz-Qızıldaş- Sahil yolundakı Tullantıların idarə edilməsi mərkəzində yerləşdirilib.