SƏNAYE

29 Aprel

\"Şahdəniz\"də qaz hasilatı - 8,5% ARTIB

Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından təqribən 5,1 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 8,5% çoxdur.

Fins.az xəbər verir ki,  BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I rübünün yekunlarına görə, hesabat dövrü yataqda 1 mln. ton (7,8 mln. barel) kondensat hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.

Məlumata əsasən, hasilat "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından aparılıb.

Hesabata əsasən, ilin birinci rübündə "Şahdəniz" üzrə fəaliyyətlərə 688 mln. ABŞ dolları yaxın əməliyyat xərcləri və 181 mln. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

(c) Apa