SƏNAYE

16 Noyabr

Səngəçal terminalından 13 milyard kub metrdən çox Şahdəniz qazı ixrac olunub

2020-ci ilin ilk üç rübü ərzində Səngəçal terminalından təxminən 183 milyon barel neft və 13 milyard kub metrdən çox Şahdəniz qazı ixrac olunub.

Fins.az xəbər verir ki, bu barədə BP Azərbaycanın 3-cü rübün yekunlarına dair hesabatında məlumat verilir.

Məlumata görə, hazırda terminal gündəlik 1,2 milyon barel neft və kondensat və 105 milyon kub metr qaz (həmçinin 85 milyon kub metr Şahdəniz qazı) ixrac etmə gücünə malikdir.