SƏNAYE

14 Noyabr

SOCAR-ın tərkibində fəaliyyət göstərən “Bursagaz” və “Kayserigaz” şirkətlərinin loqoları dəyişib

Bakı, 14 noyabr Fins.az 

SOCAR-ın keyfiyyətli və yenilikçi xidmət anlayışını əks etdirən SOCAR alovu artıq Bursa və Kayseridə də parlayacaq. “Bursagaz” və “Kayserigaz” ilə başlayan bu proses növbəti dövrlərdə digər qrup şirkətlərimizdə də davam edəcək.

Bu barədə SOCAR məlumat yayıb.

Qeyd edək ki, “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) ötən il Türkiyədə “EWE Turkey Holding”ə daxil olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” şirkətlərini alıb. Həmin şirkətlər “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” şirkətinin tərkibində fəaliyyət göstərir.

Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.

©azertac