SƏNAYE

20 İyul

Gümüş istehsalı 25,1 faiz artıb

Yanvar-iyun aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 2150,3 kiloqramı gümüşün payına düşüb.

Dövlət Statistika Komitəsindən fins.az-a bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1 faiz artıb.

İyulun 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 416,6 kiloqram təşkil edib.