SƏNAYE

19 İyul

SOCAR-ın vitse prezidenti: ”Avropa bazarına çıxarılan Azərbaycan neft və qazının daşınması risk altına düşüb”

"Reuters" agentliyi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun bəyanatını yayıb. O bildirib ki, Azərbaycanın Ermənistanla sərhəd bölgəsində baş verən son olaylardan sonra Avropa bazarına çıxarılan Azərbaycan neft və qazının daşınması risk altına düşüb. Elşad Nəsirov qeyd edib ki, əgər xəritəyə baxsanız, görərsiniz ki, Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Supsa neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və digər xətlər hazırda hərbi əməliyyatlar baş verən ərazinin yaxınlığından keçir.

 

ABŞ-a məxsus “The Caspian Policy Center” adlı analitik mərkəzdə çıxış edərkən Elşad Nəsirov Qərb ölkələrinə müraciət edərək onları Azərbaycanın enerji ixracına dəstək verməyə çağırıb: “Mən bu fürsətdən istifadə edib Vaşinqton və başqa yerlərdə olan dostlarımıza demək istəyirəm ki, bir düşünsünlər ki, bu region(da sülh) nə qədər kövrəkdir, ona görə də dostlarımızı Avropanın enerji təhlükəsizliyini təmin edən dəhlizin hərbi baxımdan qorunmasını təmin etmək barədə düşünməyə dəvət edərdim”.

Tovuza hücum başlayandan ilk dəfədir ki, Ermənistanın Azərbaycanın tranzit kommunikasiyalarına nəzarəti ələ keçirmək istəyi rəsmi şəkildə dilə gətirilir.


//www.thechronicleherald.ca/business/reuters/azerbaijan-warns-of-risks-to-caspian-energy-exports-from-conflict-with-armenia-474946/