SƏNAYE

17 İyul

Azərbaycanda siqaret istehsalı 41% artıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 154,8 mln. manat dəyərində 2 974,9 mln. ədəd papiros və siqaretlər və 2 482,1 ton fermentləşdirilmiş tütün istehsal edib.

 Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin ilk altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə tütün istehsalı dəyər ifadəsində 16,3% artıb.

 

 

Tütün məmulatlarının istehsalı:

Məhsul növləri

2020-ci ilin yanvar-iyun aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq aylarına nisbətən, %

Papiros və siqaretlər,       mln. ədəd

2 974,9

141,2

Fermentləşdirilmiş tütün, ton

2 482,1

89,2

(c)APA