SƏNAYE

17 İyul

Azərbaycan 21 mln dollar dəyərində metanol ixrac edib

2020-ci ilin I yarısında Azərbaycan 214 min 633 ton metanol ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

“2020-ci ilin I yarısında Azərbaycandan $21 milyon 463,3 min dəyərində 214 min 633 ton metil spirti ixrac edilib. Hesabat dövründə ixracın ümumi həcmində metanolun payı 0,28%, qeyri-neft məhsullarının ixrac strukturunda 2,35% təşkil edib”, - deyə məlumatda bildirilir.

İyun ayında Azərbaycan $4 milyon 765,19 min dəyərində 47 min 651,9 ton metil spirti ixrac edib.

Azərbaycanda metanol istehsalı ilə «SOCAR Methanol» MMC məşğul olur.

"SOCAR Methanol" 2020-ci ildə metanol istehsalını 480 min ton həcmində proqnozlaşdırır.

Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu “AzMeCo” şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.

SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata əldə edib

(c)APA