SƏNAYE

13 İyul

Neft qurğularının sayı 17 həftədir azalır

ABŞ-ın neft sənayesinin və qısamüddətli xam neft hasilatının göstəricisi hesab olunan neft qazma qurğularının sayı ardıcıl 17 həftədir azalır.
Fins.az "Blooberg"-ə istinadən xəbər verir ki,ABŞ-da neft qazma qurğularının sayı bu həftə 4 ədəd də azalıb. Beləliklə, ölkədə neft qazma qurğularının sayı ardıcıl 17 həftə ərzində ümumilikdə 502 ədəd azalıb.

Neft sahəsində xidmət şirkəti Baker Hughes tərəfindən açıqlanan həftəlik məlumatlara görə, ABŞ-dakı neft qazma qurğularının sayı, 4-10 İyul həftəsində, əvvəlki həftəyə nisbətən 4 ədəd də bağlanaraq 418-ə qədər azalıb.

Cümə axşamı 42.35 dollar olan Brent markalı neftin bir barelinin qiyməti cümə günü 43.24 dollar səviyyəsində olub. Qərbi Texas (WTI) tipli xam neftin bir barrelinin qiyməti cümə günü 40.55 dollar səviyyəsində olub. WTI cümə axşamını 39.62 dollara başa vurdu.

Müəllif:Aynur Qəniyeva