SƏNAYE

09 İyul

Neft Fonduna nə qədər pul daxil olub?-MƏBLƏĞ

2001-2019-cu illərdə Azərbaycan Dövlət Neft Fonduna 159,4 milyard dollar məbləğində vəsait daxil olub.

Fins.az xəbər verir ki, fondun hesabatına görə 2001-2019-cu illərdə ARDNF-ə daxil olmuş vəsaitin 72,8%-i xərclənib, qalan 27,2% və ya 43,3 milyard dolları isə yığıma yönəldilib.

Fonda daxil olmuş vəsaitlərin əsas hissəsi dövlət büdcəsinə transfert edilib. 2003-2019-cu illərdə ARDNF tərəfindən dövlət büdcəsinə ümumilikdə 99,94 milyard manat, o cümlədən 2019-cu ildə 11,36 milyard manat vəsait transfert edilib.