SƏNAYE

09 İyul

Neft Fondunun əsasən nələrə investisiya qoyduğu AÇIQLANIB

Azərbaycan Dövlət Neft Fondu 2019-cu il İnvestisiya siyasətinə əsasən investisiya portfeli aşağıdakı altportfellərə bölünmüşdür:

- 55% - borc öhdəlikləri və pul bazarları alətləri (aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla);

- 25% - səhm (maksimum 5 faizə qədəri səhmlərə və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları olmaqla);

- 10% - daşınmaz əmlak (yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla);

- 10% - qızıl (yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla).

2019-cu ilin dekabr ayına olan vəsaitlərin strateji bölgüsünə əsasən ARDNF-nin investisiya portfelinin 68,7%-i sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətlərindən, 14,1%, 11,4%, 5,8%-i isə müvafiq olaraq səhmlər, qızıl və daşınmaz əmlak investisiyalarından ibarət olmuşdur.

Müəlluf:Aynur Qəniyeva