SƏNAYE

09 İyul

Neft Fondunun pulunu idarə edən menecerlərin adı AÇIQLANDI

Fins.az xəbər verir ki, ARDNF-nin vəsaitlərinin bir hissəsi aşağıda qeyd edilən xarici menecerlər tərəfindən idarə olunur

Sabit gəlirli qiymətli kağızlar üzrə:

- Dünya Bankı – ARDNF-nin aktivlərinin 240 milyon ABŞ dollarını (ARDNF-nin investisiya portfelinin 0,5%- ni) idarə edir;

-“DWS International” – ARDNF-nin aktivlərinin 111 milyon ABŞ dollarını (ARDNF-nin investisiya portfelinin 0,3%-ni) idarə edir.

Səhmlər üzrə:

- “UBS Asset Management” – ARDNF-nin aktivlərinin 1 775 milyon ABŞ dollarını (ARDNF-nin investisiya portfelinin 4,1%-ni) idarə edir;

-“State Street Global Advisors” (SSgA) – ARDNF-nin aktivlərinin 1 409 milyon ABŞ dollarını (ARDNF-nin investisiya portfelinin 3,3%-ni) idarə edir;

- “Mellon Investments Corporation” – ARDNF-nin investisiya portfelinin 390 milyon ABŞ dollarını (ARDNF-nin investisiya portfelinin 0,9%-ni) idarə edir;

-“BlackRock Investment Management” – ARDNF-nin investisiya portfelinin 370 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,8%-ni) idarə edir;

-“Sumitomo Mitsui Trust International” (Sumitomo) – ARDNF-nin investisiya portfelinin 345 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,8%-ni) idarə edir.