SƏNAYE

09 İyul

Neft Fondu nə qədər gəlirlidir?- RƏSMİ HESABAT

2019-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ümumi investisiya portfelinin gəlirliliyi 5,29% təşkil etmişdir. Fond 2018-ci ili 0,35% gəlirlilik ilə başa vurmuşdu

Fins.az xəbər verir ki, bu barədə fondun illik hesabatında məlumat verilib.
 Məlumata görə 2019-cu ildə sabit gəlirli qiymətli kağızlar portfeli üzrə illik gəlirlilik 3,02%, səhm portfeli (özəl səhmlər daxil olmaqla) üzrə 21,50%, daşınmaz əmlak portfeli üzrə isə 7,35% təşkil etmişdir. İnvestisiya portfelinin toplam gəlirliliyinə (5,29%) sabit gəlirli qiymətli kağızlar portfelinin töhfəsi 2,21%, səhm (özəl səhmlər daxil olmaqla) və daşınmaz əmlak portfellərinin töhfəsi isə müvafiq olaraq 2,67% və 0,41% təşkil etmişdir.

2019-cu ilin dekabr ayının nəticələrinə əsasən investisiya portfelinin 10,7%-i xarici menecerlər tərəfindən idarə edilir.