SƏNAYE

09 İyul

Azərbaycanın bu ilin ilk 6 ayında nə qədər neft emal edildiyi AÇIQLAYIB

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 3 mln. ton neft emal edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövrü neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 79 min ton az olub.

Qeyd edək ki, Azərbaycanda neftin emalı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilir. Bu il NEZ-də 6,1 mln. tona yaxın neft emal ediləcəyi proqnozlaşdırılır.