SƏNAYE

09 İyul

TANAP-la nə qədər qaz nəql edilib?

Bu ilin yanvar-iyun aylarında Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə 1,9 mlrd. kubmetr qaz nəql edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, 2018-ci ilin iyun ayının 30-dan 2020- ci ilin iyul ayının 1-dək TANAP-la Türkiyəyə 5,8 mlrd. kubmetrdən çox qaz çatdırılıb.

Qeyd edək ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə hazırda Azərbaycan qazı Türkiyəyə nəql edilir. Bu il Trans-Adriatik qaz kəmərinin (TAP) işə düşdükdən sonra TANAP-la qaz Avropaya nəql edilmək üçün Türkiyə ilə Yunanıstanın sərhədinədək nəql edilməyə başlayacaq.