SƏNAYE

08 İyul

ABŞ 2020-ci ildə Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozu 20 min barrel azaldıb

ABŞ Energetika Nazirliyinin Enerji Məlumatları İdarəsi (EIA) 2020-ci ildə Azərbaycanda neft hasilatına dair proqnoz göstəricisini iyun proqnozu ilə müqayisədə gündəlik 0,02 milyon barrel – 0,71 milyon barrelədək azaldıb.

EIA-nın məlumatına görə, 2020-ci ilin I rübündə Azərbaycanda gündəlik neft hasilatı 0,78 milyon barrel, II rübdə 0,69 milyon barrel, III rübdə 0,68 milyon barrel, IV rübdə 0,71 milyon barrel təşkil edib.

Həmçinin, qurum 2021-ci ildə Azərbaycanda neft hasilatına dair proqnozu iyun proqnozu ilə müqayisədə 0,01 milyon barrel - 0,74 milyon barrelə qədər azaldıb.

Bununla belə, EIA gələn ilin I rübündə Azərbaycanda gündəlik neft hasilatının 0,73 milyon barrel, II rübdə 0,74 milyon barrel, III rübdə 0,75 milyon barrel, IV rübdə 0,75 milyon barrel təşkil edəcəyini proqnozlaşdırır. İyunda ABŞ I-IV rüblərində Azərbaycanda gündəlik neft hasilatının 0,75 milyon barrel təşkil edəcəyini gözləyir.

EIA qeyd edir ki, 2019-cu ildə Azərbaycanda gündəlik neft hasilatı 0,79 milyon barrel təşkil edib.

Xəbər verildiyi kimi, Azərbaycan yeni OPEC+ sazişi üzrə götürdüyü öhdəliklər çərçivəsində 2020-ci il mayın 1-dən neft hasilatını azaltmağa başlayıb.

(c)İnterfaks-Azərbaycan