SƏNAYE

08 İyul

“Milli Nüvə Tədqiqatları Mərkəzi”nin xalis zərəri 19% azalıb

2019-cu il ərzində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin xalis zərəri 1 mln. 704,0 min manat təşkil edib, bu da 2018-ci ilin göstəricisindən 19,2% azdır.

Cəmiyyətin 2019-cu il ərzində dərc edilmiş maliyyə hesabatına əsasən, QSC-nin hesabat ilində gəlirləri 20,701 min manat (azalma 29,6%), satışların maya dəyəri 978,216 min manat (artım 6,3 dəfə) təşkil edib.

1 yanvar 2020-ci il tarixinə QSC-nin aktivləri 7 mln. 16,079 min manat təşkil edir (artım 21,9%). Həmçinin, uzunmüddətli aktivləri 5 mln. 337,219 min manata (azalma 6,5%), qısamüddətli aktivləri 1 milyon 678,86 min manata bərabərdir (artım 34,6 dəfə).

1 yanvar 2020-ci il tarixinə cəmiyyətin kapitalı 6 mln. 580,086 min manat (artım 21,4%) təşkil edib. Cari ilin əvvəlinə mərkəzin səhmdar kapitalı 3 mln. manat (dəyişməyib), kapital qoyuluşları 12 mln. 169,175 min manat (artım 30,8%), yığılmış zərəri – 8 milyon 589,089 min manat (artım 24,8%) olub.

Cari ilin əvvəlinə öhdəlikləri 435,993 min manat təşkil edir (artım 31,2%).

Xəbər verildiyi kimi Azərbayc5n prezidenti İlham Əliyev 2014-cü il mayın 8-də “Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. QSC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərib və aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir: nüvə elmləri, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə Azərbaycan Respublikasının maraqlarına uyğun aktual elmi və elmi-texnoloji istiqamətlərin müəyyənləşdirilməsinə, müvafiq dövlət proqramı və layihələrinin hazırlanmasına dair Nazirliyə təkliflərin verilməsi və həyata keçirilməsi üzrə tədbirlərin görülməsi; dinc məqsədlərlə Azərbaycan Respublikasının ərazisində nüvə xammal ehtiyatlarının axtarışı, potensiallarının qiymətləndirilməsi, ekoloji və iqtisadi səmərəli emal üsullarının işlənilməsi və uyğun texnologiyanın yaradılması; dinc məqsədlərlə nüvə materiallarını ayırıb saflaşdırma, zənginləşdirmə texnologiyalarının, nüvə yanacağı dövriyyəsinin, istehsal texnologiyalarının və tətbiq sahələrinin yaradılması; nanomaterialların və radiasiya texnologiyalarının işlənilməsi, onların elm və texnikanın müxtəlif sahələrində tətbiqi