SƏNAYE

07 İyul

“Bloomberg”: ABŞ-ın benzin ehtiyatları artıb

Birləşmiş Ştatların benzin ehtiyatları artıb.

Fins.az xəbər verir ki, bu barədə “Bloomberg”in hesablamasında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkənin benzin ehtiyatları 1 milyon barrel çoxalıb. ABŞ-ın xam neft ehtiyatlarının isə ardıcıl iki həftə azalacağı gözlənilir.

Qeyd edək ki, ehtiyatlara dair qeyri-rəsmi rəqəmlər özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) tərəfindən bu gün, ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən isə rəsmi rəqəmlər sabah açıqlanacaq.