SƏNAYE

23 Aprel

Gürcüstan Azərbaycandan 23 min tondan çox benzin və dizel yanacağı alıb

Gürcüstan 2020-ci ilin yanvar-mart aylarında 244,4 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da ötən ilin I rübünün göstəricisindən 5,1% çoxdur.

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən verilən məlumata görə, martda 84,4 min ton benzin və dizel yanacağı idxal edilib ki, bu da əvvəlki ayla müqayisədə 1,1% az, 2019-cu ilin mart ayı ilə müqayisədə 21,1% çoxdur.

Yanvar-mart aylarında Gürcüstana ən çox həcmdə yanacaq Rusiyadan (64,3 min ton benzin və dizel yanacağı, ümumi həcmin 26,3%-i) idxal edilib. 2-ci yerdə Rumıniya (51,7 min ton və ya 21,2%), 3-cü yerdə Türkmənistan (41,5 min ton, 17%), növbəti yerlərdə Bolqarıstan (24 min ton, 9,8%), Azərbaycan (23,4 min ton, 9,6%), Qazaxıstan (15,4 min ton, 6,3%), Yunanıstan (13,3 min ton, 5,4%) və Türkiyə (9,1 min ton, 3,7%) qərarlaşıb.*