SƏNAYE

14 Aprel

Sağ qalmaq üçün borc almaq: “Exxon Mobil” 9,5 milyard dollar cəlb edib

ABŞ-ın neft və qaz nəhəngi “Exxon Mobil”, korporativ istiqrazlar hesabına təxminən 9,5 milyard dollar vəsait cəlb edib. Şirkət yaxınlaşan böhran şəraitində özünə “pul yastığı” qurmağa çalışır.
“MarketWatch” un mənbələrə istinadən qeyd etdiyi kimi, investorlara cəmi beş istiqraz buraxlışı təklif edilmişdir. Bu qiymətli kağızlar üzrə gəlirlilik 1,557%, 30 illik istiqrazlar üzrə isə 3,442% təşkil edir.

Aprelin əvvəlində  Moody`s “Exxon” nun kredit reytinqini “Aaa” səviyyəsindən “Aa1” səviyyəsinə endirdi. İki həftə əvvəl SP da şirkətin kredit reytinqini aşağı saldı. Agentliklər hesab edirlər ki, karbohidrogen bazarındakı aşağı qiymət mühiti, həmçinin emal həcminin azalması şirkəti “borcla maliyyələşdirilməli olan mənfi sərbəst pul axınlarına hazırlaşmağa” məcbur edir.

(c)Banker