SƏNAYE

14 Aprel

Azərbaycandan Ukraynaya 37,8 mln dollar dəyərində neft ixrac edib

Ukrayna 2020-ci ilin yanvar-mart aylarında neft və neft xammalı idxalını 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 180,673 min tonadək artırıb.

Dövlət Gömrük Xidmətinin məlumatına görə, I rübdə $99,746 milyon məbləğində xammal idxal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ($70,581 milyon) ilə müqayisədə 41,3% çoxdur.

Azərbaycandan $37,884 milyon (bütün idxalın 37,98%-i), Liviyadan $31,745 milyon (31,83%), ABŞ-dan $30,118 milyon (30,19%) məbləğində xammal daxil olub