SƏNAYE

13 Aprel

"SOCAR" qaz ixracından nə qədər gəlir əldə edib? - MƏBLƏĞ

SOCAR 2019-cu ildə 461 milyon manat dəyərində qaz ixrac edib.

Sənədə əsasən, 2019-cu ildə şirkət 13 milyard kubmetr təbii qazın satışını həyata keçirib, bunun 11,4 milyard kubmetri daxili bazarda satılıb, qalan həcm ixraca göndərilib. Daxili bazarda əhaliyə 3,2 milyard kubmetr qaz satılıb.

Bundan başqa, SOCAR ötən il 207,1 min ton maye qaz satıb, bunun 193,2 min tonu daxili bazarda satılıb, 13,9 min tonu isə ixraca göndərilib.

“2019-cu ildə şirkət qaz satışından 1 milyard 563 milyon manat, o cümlədən ixracdan 461 milyon manat gəlir əldə edib”, - deyə hesabatda qeyd olunur.

Hesabat ilində yeraltı qaz anbarlarına 2,3 milyard kubmetr qaz vurulub, qalıq ehtiyatlar nəzərə alınmaqla yeraltı qaz anbarlarında qaz ehtiyatının həcmi 3 milyard kubmetri ötüb.

Hökumətin məlumatına görə, 2019-cu ildə Azərbaycanda qaz təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlərin və qazma işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən SOCAR-a 163,5 milyon manat ayrılıb. Bu tədbirlər sayəsində ölkədə qazlaşdırmanın səviyyəsi 96%-ə çatıb