SƏNAYE

13 Aprel

BASF ölkəmizin neft-kimya sənayesində fəaliyyətini genişləndirmək niyyətindədir

“BASF Azerbaijan” MMC-nin icraçı direktoru Tolqa Baysinop bildirib ki, Almaniyanın BASF şirkəti Azərbaycanın neft-kimya sənayesində biznesini genişləndirmək niyyətindədir.

Tolqa Baysinop qeyd edib ki, şirkət bu sahədə öz fəaliyyətini genişləndirməklə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq: “Qeyri-neft sektoru üçün əlçatan və yüksək keyfiyyətli xammal yekun məhsul istehsalında vacib amildir. BASF qida sənayesi, əczaçılıq, tekstil, avtomobilqayırma sahələri üçün məhsul tədarük etməyi planlaşdırır. Bu sahələr son illərdə mühüm investisiyalar cəlb edib”.

T.Baysinop əlavə edib ki, hazırda BASF Azərbaycanda kənd təsərrüfatı və neftkimya sahələrində müştərilərlə müqavilələrə malikdir: “Bu sahələr son illərdə ciddi inkişaf edib. BASF kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malikdir. Şirkət həm də fermerlərə məhsuldarlığın artırılmasını təmin etməyə kömək göstərir. Biz Azərbaycan fermerlərinə bu təcrübəni təqdim etdiyimiz üçün məmnunuq”.

Şirkətin aşağı neft qiymətləri şəraitində əməliyyatları barədə danışan T.Baysinop deyib ki, BASF 2020-ci il üçün “Brent” markalı neftin bir barelinin orta qiymətini 60 dollar məbləğində proqnozlaşdırır.