SƏNAYE

13 Aprel

Rusiyada yanacaq nə qədər qalxacaq? - Novak

Yanacağın qiymətlərinin qalxması il ərzində inflyasiyanı aşmayacaq, ola bilsin ki, hətta bu səviyyədə saxlanılsın.

Fins.szxəbər verir ki, bu sözləri Rusiya Energetika naziri Aleksandr Novak deyib.

O bildirib ki, ötən il yanacağın qiymətləri 2% bahalaşıb:

“Dizel yanacağının da qiymətində təxminən o qədər bahalaşma oldu və bu, inflyasiyadan daha aşağıdır. Əminəm ki, bu il də yanacağın qiymətindəki artım inflyasiyadan çox olmayacaq, hətta ola bilsin ki, ümumiyyətlə qiymət dəyişməsin”.