SƏNAYE

12 Aprel

OPEC bazar günü neft hasilatının azalması üzrə sazişin təsdiqinə ümid edir

Bazar günü axşama OPEC+ ölkələrinin iclası çağırılıb, məqsəd neft hasilatının azalması üzrə sazişin təsdiq olunmasıdır. 

Digər mənbə bildirir ki, Meksika bu sazişə hələlik razılıq verməyib, üçüncü mənbənin sözlərinə görə, Meksika OPEC+ ölkələrinin təklifinə razılaşmaya bilməz.

Bazar günü Bakı vaxtı ilə saat 20.00-da OPEC və OPEC+ ölkələrinin nazirləri online formatda növbəti iclas keçirəcəklər. Bunu "İnterfaks-Azərbaycan" agentliyinə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib.