SƏNAYE

28 Yanvar

Qara metallar və onlardan hazırlanan məmulatların idxalı azalıb

Ötən il ölkəyə 892,7 min ton qara metal və onlardan hazırlanan məmulatlar idxal edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, il ərzində idxal edilən məmulatların dəyəri 1 milyard ABŞ dollarından çox olub.

Xatırladaq ki, 2018-ci ildə 1,2 milyard dollarlıq 918,2 min ton qara metal və onlardan hazırlanan məmulatlar idxal edilib.