SƏNAYE

22 Yanvar

Borisov: \"Sofiya Bolqarıstanın qazpaylayıcı şəbəkəsinə SOCAR-ın sərmayələri ilə bağlı nikbindir\"

Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstanın baş naziri Boyko Borisov energetika, sahəsində əməkdaşlıq, həmçinin SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasına sərmayələr yatırması məsələlərini müzakirə ediblər.

Əliyev və Borisovun görüşü Davosda Dünya İqtisadi Forum çərçivəsində baş tutub. Bu barədə Bolqarıstanın baş nazirinin saytı məlumat verir.

Görüş zamanı Borisov qeyd edib ki, Bolqarıstan və Azərbaycan arasında energetika sahəsində əməkdaşlıq strateji səviyyəyə çatıb. “Mənbələrin və marşrutların şaxələndirilməsi və Avropanın enerji təchizatının təhlükəsizliyinə zəmanətin verilməsi ümumi prioritetimizdir”, - Borisov vurğulayıb. O əlavə edib ki, Bolqarıstan hər zaman “Cənub Qaz Dəhlizi”nin tikintisini dəstəkləyib.

Bolqarıstanın baş naziri Yunanıstan ilə interkonnektorun (Interconnector Greece-Bulgaria, IGB) tikintisinin gedişatı barədə Azərbaycan prezidentinə məlumat verib və bildirib ki, interkonnektor cari ilin sonunadək hazır olacaq.

Məlumatda vurğulanır ki, tərəflər Bolqarıstanda yaşayış yerlərinin qazlaşdırılmasına SOCAR-ın sərmayə yatırımlarına başlaması imkanlarını müzakirə ediblər. Borisov ümid edir ki, yaxın zamanda Azərbaycan tərəfi Bolqarıstanın qaz sektorunun tədqiqi ilə bağlı rəsmi nəticələr və növbəti atılacaq addım və tədbirlərlə Sofiyanı tanış edəcək. “Baş nazir Bolqarıstanın qazpaylayıcı şəbəkəsinə SOCAR-ın sərmayələrinə nikbin baxır”, - məlumatda qeyd edilir.

O cümlədən, Əliyev və Borisov energetika sahəsində iki ölkənin birgə işinin davam edəcəyi və rəqabətədavamlı qiymətlərlə Aİ-yə təbii qaz nəqlinə zəmanət verəcəyinəə yardım etməsinə dair ümumi rəy ifadə ediblər.