RƏSMİ

13 Yanvar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat

Elşən Allahverdiyev  Nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

 

Fins.az xəbər verir ki, məlumatı Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib. 


Qeyd edək ki, daha əvvəl Elşən Allahverdiyev Azərbaycan Televiziyasında (AZTV) baş redaktor, “CDB Bank” və “Günay Bank”da Marketinq və İctimaiyyətlə əlaqələr departamentlərində direktor, Maliyyə  Bazarlarına Nəzarət Palatasının mətbuat katibi vəzifələrində çalışıb.