MARKETİNQ

10 İyul

"Threads" 100 milyon istifadəçiyə çatdı

"Meta"nın "Twitter" ilə rəqabət aparan yeni sosial media platforması "Threads"ə qeydiyyatdan keçənlərin sayı 5 gündən az bir müddətdə 100 milyona çatıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iyulun 5-dən etibarən 100 ölkədə App Store və Google Play Store-da istifadəyə verilməyə başlayan "Threads" qısa müddətdə rekord istifadəçi səviyyəsinə çatıb.

"Threads" "Open AI"-nin "Chat GPT" tətbiqi ilə qırılan rekordun yeni sahibi oldu.

Zəminə Hüseyn
Fins.az